Logo

Xəzər Universiteti Gəncədə yay məktəbinə başlayıb

05.08.2021 18:12 698 baxış
IMG

Xəzər Universiteti tərəfindən “Potensial məktəb direktorları” təlimi istiqamətində Gəncədə yay məktəbinə başlanılıb.

Universitetdən bildirilib ki, avqustun 15-dək davam edəcək təlim “Təhsilin idarə edilməsi”, “Təhsil hüququ”, “Məktəbdə kurikulumun tətbiqi”, “Psixologiya”, “Statistika”, “Maliyyə”, “Məntiq”, “İnformasiya texnologiyaları” modulları üzrə təşkil olunacaq.

Sonda iştirakçılara 36 kredit (216 saat) dəyərində Xəzər Universitetinin “Peşəkar inkişaf sertifikatı” təqdim ediləcək.

Xəbər lenti