Logo

UNEC-də əcnəbi tələbələrin qəbulu davam edir

05.08.2021 17:59 392 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.

UNEC-dən bildirilib ki, əcnəbi namizədlərdən UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.

İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər.

Müraciətlərin qəbulu avqustun 31-dək aparılacaq.

Qeyd edək ki, bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin diplomlarını Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.

Xəbər lenti