Logo

BDU məzunları ilə fəxr edir

05.08.2021 17:18 733 baxış
IMG

Fuad Yaşar oğlu Mehrəliyev 2008-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin bakalavriat təhsil səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2010-cu ildən təhsilini İsveçin Umea Universitetində magistratura təhsil səviyyəsində “Turizm” ixtisası üzrə davam etdirmiş və 2012-ci ildə universiteti yüksək nəticələrlə bitirmişdir. 2012-2016-cı illərdə BDU-da müəllim kimi fəaliyyət göstərmişdir.

F.Mehrəliyev 2016-cı ildə Honq Konq Politexnik Universitetinin doktorantura pilləsinə daxil olmuş və 2019-cu ildə “Turizm” ixtisasında fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Turizm və qonaqpərvərlikdə sosial medianın qüvvəsi: nəzəri əsasları və empirik sübutları” mövzusunda dissertasiyanı müdafiə etmişdir. 2018-ci ildə ABŞ-ın Florida Universitetinə dəvət olunaraq 3 ay qonaq professor kimi fəaliyyət göstərmişdir. Hazırda Honq Kong Open Universitetində araşdırma üzrə yardımçı professor vəzifəsində çalışır.

F.Mehrəliyev müxtəlif beynəlxalq səviyyəli konfranslarda məruzələr ilə çıxış etmişdir. O, 17-dən çox elmi əsərin müəllifidir. 15 məqaləsi Clarivate Analytics şirkətinin Web of Science bazasına daxil olan yüksək impakt faktorlu elmi jurnallarda dərc olunmuşdur. “International Journal of Bibliometrics in Business and Management” jurnalının icraçı redaktoru və “International Journal of Contemporary Hospitality Management” jurnalının redaktorlar heyətinin üzvüdür.

Xəbər lenti