Logo

Berlində Nizami Gəncəvi haqqında məqalələrdən ibarət kitab çap olunub

05.11.2020 13:05 658 baxış
IMG

Berlində “Peter Lang GmbH” nəşriyyatında ayrı-ayrı müəlliflərin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət kitab çap olunub.

 

Kitabda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Nizami əlkimya haqqında” (“Nizami on Alchemy”) adlı məqaləsi də yer alıb.

 

 

Universitetdən Təhsil.biz-ə bildirilib ki, “Müasir dövrdə Nizami mədəni irsinin interpretasiyası” (“The Interpretation of Nizami’s Cultural Heritage in the Contemporary Period”) adlanan kitabın redaktorları Rahilə Qeybullayeva və Kristin Ruymbekedir.

 

 

2018-ci ildə Bakıda keçirilmiş “Nizami müasir interpretasiyada” konfransının materiallarına əsasən nəşr edilmiş kitabın çapı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən maliyyələşdirilib.

Xəbər lenti