Logo

İnformasiya Texnologiyaları İnstitutunda elmmetrik tədqiqatlar aparılır

05.08.2021 13:27 390 baxış
IMG

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında elmmetrik tədqiqatlar, antiplagiat və DOI xidmətləri və elektron kitabxana xidmətləri sektorları haqqında danışılıb.

Bu barədə institutdan məlumat verilib.

Elmi katib Mədinə Səidova rəhbərlik etdiyi Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyətini diqqətə çatdırıb. Qeyd edib ki, jurnalların qiymətləndirilməsi, elmi jurnalların beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri, “yırtıcı” və “oğurlanmış” jurnalların aşkarlanması ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, magistr və doktorantlar üçün tədris kurslarının təşkili, dərsliklərin hazırlanması və s. elmmetrik tədqiqatlar sektorunun əsas fəaliyyət istiqamətləridir.

Antiplagiat və DOI xidmətləri sektoru isə əsas etibarilə, antiplagiat xidmətlərinin təşkilini və istismarını həyata keçirəcək.

M.Səidova elektron kitabxana xidmətləri sektorunun fəaliyyəti haqqında da məlumat verib.
Sonra məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edib. Akademik rəhbərlik etdiyi qurumun əməkdaşlarının zəruri elmi informasiya ilə təmin edilməsinin institutun fəaliyyətinin əhəmiyyətli istiqamətlərindən biri olduğunu söyləyib.

Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsinin, şöbənin kadr potensialının gücləndirilməsinin vacibliyini önə çəkən institut direktoru, məsul şəxsləri bu struktur bölmə ilə bağlı problemlərin həllinə dəstək verməyə çağırıb.

Xəbər lenti