Logo

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə davam edir

05.11.2020 12:42 537 baxış
IMG

Ümumilikdə 7 dövlət orqanında 21 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş ümumi müsahibə davam edir.

 

 

Təhsil.biz DİM-in noyabrın 5-i saat 12:10-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 6 nəfər uğur qazanıb.

 

Onlardan 4-ü Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, 1-i Maliyyə Nazirliyində, 1 nəfər isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrə uyğun bilinib.

 

 

Qeyd edək ki, ümumi müsahibədə iştirak üçün 76 nəfər sənəd verib. Müsahibə dekabrın 16-da başa çatacaq.

Xəbər lenti