Logo

Almaniya Səhiyyə Nazirliyi xəbərdarlıq edir: pandemiyanın yeni dalğası mümkündür

05.08.2021 12:45 595 baxış
IMG

Almaniya Səhiyyə Nazirliyi yaxın aylarda koronavirusa yoluxmada yeni böyük dalğanın qarşısının alınması üçün əlavə karantin məhdudiyyətləri təklif edib.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, idarənin federal hökumətə təqdim etdiyi məruzədə qarşıdakı payız və qış aylarında gözlənilən növbəti pandemiya dalğası ərəfəsində ölkənin səhiyyə sistemini həddindən artıq yüklənmədən qorumağa yönəlmiş növbəti tədbirlər əksini tapıb. Səhiyyə Nazirliyi ikinci və üçüncü dalğalarda olduğu kimi kəskin qapanma tələb olunmayacağına ümid edir, lakin buna baxmayaraq təhlükəsizlik tədbirlərinə ehtiyac olduğuna əmindir.

Məruzədə deyilir ki, yüksək vaksinasiya səviyyəsindən savayı, əsas təhlükəsizlik tədbirlərini davam etdirmək lazım olacaq: yoluxmanın statistikasından asılı olmayaraq, məsafəni qorumaq, gigiyenaya riayət etmək və maska taxmaq. Peyvənd edilməmiş insanlar üçün yenidən məhdudiyyətlər tələb oluna bilər.

Xəbər lenti