Logo

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 123 namizəd uğur qazanıb

05.11.2020 12:30 498 baxış
IMG

Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

 

Təhsil.biz DİM-in noyabrın 5-i saat 12:00-a olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 123 nəfər uğur qazanıb.

 

Onlardan 69-u Təhsil Nazirliyində, 17-si Maliyyə Nazirliyində, 9-u Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 7-si Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 7-si Milli Arxiv İdarəsində, 3-ü Əqli Mülkiyyət Agentliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

 

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

 

 

Xəbər lenti