Logo

Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib

05.11.2020 12:24 484 baxış
IMG

Sentyabrın 29-da elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

 

 

Dövlət İmtahan Mərkəzindən Təhsil.biz-ə bildirilib ki, elan üzrə 3 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 5 vakant vəzifə üzrə 7 yer müsahibəyə çıxarılıb. Müvafiq vəzifələr üzrə qeydiyyatdan keçmiş 8 namizədlə 10 müsahibənin keçirilməsi planlaşdırılır.

 

 

Ən yüksək müsabiqə vəziyyəti Quba Rayon Məhkəməsi, hakimin köməkçisi (2 vakant yer üzrə 5 namizəd), Ağstafa Rayon Məhkəməsi, hakimin köməkçisi (1 vakant yer üzrə 2 namizəd) vəzifələri üzrə qeydə alınıb.

 

 

Müsahibələrin noyabrın 19-20-da keçirilməsi nəzərdə tutulur. qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin saytından əldə edə bilərlər.

 

 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur.

 

Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməməyi üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

 

Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmalıdır.

 

 

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti