Logo

UNEC-də Universitet Daxili İki Diplom proqramına sənəd qəbulu davam edir

02.08.2021 18:35 400 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitet Daxili İki Diplom (UDİD) proqramına sənəd qəbulu davam edir. Proqrama UNEC-də bakalavriat səviyyəsində təhsil alan tələbələr müraciət edə bilər.

 

Universitetdən bildirilib ki, sənədlər maliyyə, mühasibat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, menecment, marketinq, iqtisadiyyat, statistika ixtisasları üzrə qəbul olunur. Tədris Azərbaycan, rus, ingilis və türk dillərində aparılır.

 

Ayrı-ayrı fənlər üzrə göstəriciləri 71-100 bal arasında olan tələbələr proqram üzrə müraciət edə bilərlər.

 

Proqramda iştirak ödənişlidir. UDİD ixtisası üzrə bir kredit üçün nəzərdə tutulmuş təhsil haqqı əsasən fənlərin kredit sayına uyğun olaraq müəyyənləşdirilir. 700 bal toplayaraq UNEC-ə qəbul olanlar 100 faiz ödənişdən azad edilir. 600 və daha yüksək bal toplayaraq UNEC-ə qəbul olanlar 50 faiz ödənişdən azad edilir. Təhsil müddəti 4 ildir.

 

Sənəd qəbulu avqustun 15-dək davam edəcək.

Xəbər lenti