Logo

“Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlər qəbul edilir

02.08.2021 16:05 394 baxış
IMG

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Quraşdırma üzrə mütəxəssis” təliminə müraciətlərin qəbuluna başlanılıb. Təlimdə iştirak üçün orta ixtisas təhsili, peşə təhsili və ya ali təhsil alan tələbələr, eləcə də məzunlar müraciət edə bilərlər. Müraciətlər 25 avqust 2021-ci il tarixinədək bu keçid üzərindən qəbul ediləcək.

 

Təlim Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə “Azerconnect” MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Seçim üçün TV və internet xidmətlərinin quraşdırılması və çəkilişi, kompüterdən ümumi istifadənin əsasları və əməliyyat sistemləri üzrə təcrübə və ya biliklərin olması üstünlük hesab edilir. Təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək. Təlimə seçilmiş şəxslər IP TV (internet protokol televiziyası) qutuların, istifadə olunan router və switch kimi qurğuların quraşdırılması, abonentlər üçün şəbəkə kabellərinin çəkilişi, abonentin internet və televiziya xidmətlərinə qoşulması kimi bacarıqlara yiyələnəcəklər. Təlimin nəzəri hissəsini müvəffəqiyyətlə bitirən şəxslər “Azerconnect” MMC-də təcrübə keçmək imkanı əldə edəcəklər.

Xəbər lenti