Logo

EQAC Erasmus+ layihəsi çərçivəsində seminar

02.08.2021 13:52 366 baxış
IMG

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişaf Etdirilməsi" EQAC layihəsi çərçivəsində 3 günlük seminar keçirilib.

 

Azərbaycan Texnologiya Universitetindən bildirilib ki, ali məktəbin də partnyor olduğu bu layihənin adıçəkilən onlayn seminarında layihə işçi qrupunun üzvləri Vüqar İsmayılov və İlahə Qurbanova iştirak ediblər. Daxili keyfiyyət zəmanəti mövzusunda təşkil edilmiş seminarda həmçinin, layihə tərəfdaşı olmayan ADA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Lənkəran Dövlət Universiteti daxil olmaqla, Azərbaycandan 20  ali məktəbin nümayəndələri də qatılıb.

 

Seminarda ali təhsil müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin mövcud vəziyyəti, keyfiyyət mədəniyyəti, keyfiyyət siyasətinə uyğun həyata keçirilən və gələcəkdə nəzərdə tutulan fəaliyyətlər, monitorinq və qiymətləndirmə sistemi iştirakçılar tərəfindən geniş müzakirə edilib, beynəlxalaq təlimçilər tərəfindən müvafiq tövsiyələr bildirilməklə, məhsuldar fikir və təcrübə mübadiləsi aparılıb.

Xəbər lenti