Logo

BDU tələbələri “Yay Fest” gənclər festivalında iştirak edirlər

02.08.2021 11:28 417 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondu, "Cavan" Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən ölkənin ən böyük gənclər festivalı “Yay Fest” iki illik fasilədən sonra yenidən gəncləri sevindirir. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının idarə heyətinin üzvləri və fəal tələbələri növbəti dəfə “Yay Fest” gənclər festivalında iştirak şansı qazanıblar.

 

Bir ay ərzində keçiriləcək festival “Tələbələr”, “İnnovasiya və Sahibkarlıq”, “Vətənpərvərlik”, “Könüllülər” və “Karyera və İnkişaf” olmaqla silsilə 5 düşərgə şəklində təşkil olunacaq.

 

Düşərgələrin hər birində vətənpərvərlik, tarix, incəsənət, sosial media, innovasiya və digər mövzularda gənclərlə müxtəlif təlim, seminar, mühazirələr keçiriləcək, dövlət  və özəl qurumların nümayəndələri və eləcə də millət vəkilləri və təlimçilərlə görüşlər təşkil olunacaqdır.

 

Qeyd edək ki, düşərgədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar tövsiyələri nəzərə alınmaqla, yalnız COVID-19 pasportu olan şəxslərin iştirakı təmin edilib.

Xəbər lenti