Logo

BDU-da “Nizami Gəncəvi İli” çərçivəsində silsilə tədbirlər keçirilir

02.08.2021 11:19 638 baxış
IMG

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar tarixli Sərəncamı ilə qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib. Bu istiqamətdə Bakı Dövlət Universitetində “Nizami Gəncəvi İli” ilə bağlı Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına müvafiq olaraq, Nizami Gəncəvinin zəngin irsinin öyrənilməsi və tələbə gənclər arasında geniş təşviq edilməsi istiqamətində BDU-da bu günə qədər 20-dən çox elmi seminar, layihə, müsabiqə, dəyirmi masa, konfrans və s. həyata keçirilmiş, kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

 

Akademik Rafael Hüseynovun iştirakı ilə elmi seminar, Xalq yazıçısı Elçin Əfəndiyevin “Əbədi müasirimiz - Nizami haqqında söz” mövzusunda onlayn mühazirəsi, “Azərbaycan ədəbiyyatında Nizami ənənələri”, “Nizami yaradıcılığında Novruz ənənələri”, “Nizami Gəncəvi əsərlərinin əlyazma nüsxələri dünya arxiv və kitabxanalarında”, “Nizami Gəncəvi yaradıcılığı rus ədəbiyyatşünaslığında”, “Nizami və Qərb dünyası”, “Nizami yaradıcılığında didaktik motivlər”, “Nizami və dünya ədəbiyyatı” və s. mövzularda elmi seminarlar, “Nizami yaradıcılığı dünya mədəniyyəti kontekstində” adlı onlayn elmi konfrans, “Nizaminin söz dünyası” adlı bədii qiraət layihəsi, “Nizami Gəncəvi irsinin öyrənilməsi” adlı layihə, Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri, “Sirlər xəzinəsi”, “Nizami “Xəmsə”si və mənzum romançılıq ənənələri” mövzusunda müzakirələr, Nizaminin “Yeddi Gözəl” əsəri haqqında dəyirmi masa, “Nizaminin hikmət xəzinəsi” adlı videoçarx, Nizaminin hikmət xəzinəsi” adlı videoçarx layihəsi, THİK-in təşkilatçılığı ilə esse və bədii qiraət müsabiqələri və s.  dahi şairin bəşəriyyətə verdiyi töhfələrdən bəhs olunmuşdur.

 

Tədbirlər Planına müvafiq olaraq, il boyu “Nizami günləri”nin, beynəlxalq elmi konfrans, elmi seminar, dəyirmi masa, müsabiqə və sərgilər təşkil olunacaqdır.

Xəbər lenti