Logo

AMEA-nın magistraturasını bu il 74 məzun fərqlənmə diplomu ilə bitirib

02.08.2021 10:43 439 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dünya elminin tələblərinə cavab verən, multidisiplinar tədqiqatlarla məşğul olan magistrantları 2020-2021-ci tədris ilində də uğurlu nəticələr əldə ediblər.

 

AMEA-dan Tehsil.biz-ə bildirilib ki, cari ildə ümumilikdə 119 nəfər AMEA-nın magistraturasından məzun olub. Məzunlardan 74-ü magistraturanı fərqlənmə diplomu ilə bitirib.

 

2020-2021-ci tədris ilində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun magistrantları Tünzalə İsmayılova və Xəyal Əsgərli, həmçinin akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı Emin Əliyev magistraturanı ən yüksək göstərici ilə – 99 balla bitiriblər.

 

Xatırladaq ki, hər il Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistraturaya qəbul imtahanlarında ölkənin yüksək intellektli, savadlı, bilikli gəncləri yeni, müasir ixtisaslar üzrə – antropologiya, molekulyar biologiya, informasiya mühafizəsi və təhlükəsizliyi və s. kimi prioritet istiqamətlər üzrə yüksək ballarla AMEA-nın magistraturasına qəbul olunurlar.

 

Akademiyanın magistraturasını uğurla bitirən məzunlar dünyanın bir çox nüfuzlu elmi və ali təhsil müəssisələrində doktorantura təhsillərini davam etdirərək ölkəmizi layiqincə təmsil edirlər.

Xəbər lenti