Logo

MİQ müsabiqəsində tarix fənni üzrə ən yüksək bal toplayanlar BDU məzunlarıdır - FOTO

02.08.2021 10:26 552 baxış
IMG

2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində iyulun 30-da tarix və coğrafiya fənləri üzrə imtahanlar keçirilib.

 

Tehsil.biz xəbər verir ki, tarix fənni üzrə imtahanda ən yüksək balı Bakı Dövlət Universitetinin məzunları Zahid Qasımov və Sadiq Rzayev toplayıb

 

Əvvəllər xəbər verildiyi kimi, bu il MİQ imtahanlarında BDU-nun Fizika fakültəsinin məzunu Arzu Quliyeva fizika fənni üzrə 59 bal, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu Sevinc Yaqubova informatika fənni üzrə 58 bal, Mexanika-riyaziyyat fakültəsinin məzunları Natavan Zamanova və Aynur Ağahüseynova  riyaziyyat fənni üzrə 56 bal toplayaraq ölkə birincisi olublar.

 

Xatırladaq ki, namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim olunur. İmtahan keçirilən bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.

 

Yüksək nəticə göstərən bütün məzunlarımızı ürəkdən təbrik edir, onlara uğurlar arzulayırıq.

 

Xəbər lenti