Logo

ADAU-nun əməkdaşları Belarus Elmi-Tədqiqat Meyvəçilik İnstitutunda ezamiyyətdədir

02.08.2021 10:06 425 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) nəzdində yeni yaradılmış Biotexnologiya mərkəzinin əməkdaşları Məmmədova M.Z. Babayeva K.E. Səfərova K.X. və Mahmudov E.T. Belarus Elmi-Tədqiqat Meyvəçilik İnstitutunda ezamiyyətdədir.

Elmi-tədqiqat İnstitutunda meyvə bitkilərinin mikroklonal çoxaldılması üzrə təlim keçilir. Əməkdaşlar in-vitro şəraitdə virussuz bitkinin yetişdirilməsi üçün hər bitkiyə lazım olan qida mühitinin seçilməsi, hazırlanması, eksplantların düzgün götürülməsi, onların müxtəlif üsullarla hazırlanma qaydası və mikroklonal çoxaldılmanın mərhələlərini öyrənirlər.

Qeyd edək ki, təlim müddəti 31 iyul tarixində başa çatır.

Xəbər lenti