Logo

Bizə hansı müəllim lazımdır?

01.08.2021 10:31 894 baxış
IMG

"Bizə hansı müəllim lazımdır?" sualına cavab tapmaq üçün Bakıda sorğu keçirilib. Elmlər Akademiyası və Sabir bağı ətrafında keçirilən sorğuda valideynlər iştirak edib.

 

"Qafqazinfo" sözügedən sorğunu təqdim edir:

 

Kənan İbadov, valideyn - Uşaqlarımın hər üçü məktəbə gedir. Müəllimlərin bir çox halda yanaşması ilə razı qalmıram. Niyə? Çünki daha çox faktları öyrədirlər, nəinki düşünməyi. Belə olan halda isə uşaqlar daha çox əzbərləyir və yadda saxlayırlar. Mənim özüm ABŞ-da təhsil almışam. Orada olarkən orta məktəb müəllimləri uşaqlarla nə qədər məntiqli və düşünmə əsaslı öyrənməni aşıladığını gördüm. Səmimi deyim ki, orada da müəllimlər ən yüksək maaş alan kateqaoriya deyil. Biz müəllimlərimizi daha çox araşdıran, sorğulayan keyfiyyətlərinə görə işə götürməliyik nəinki əzbərlədən.

 

Məlahət Əmirova,valideyn - Mən birmənalı demək istəyirəm ki, son vaxtlar işə götürülən müəllimlər daha yaxşı işləyir uşaqlarla. Onlar yeni yanaşmaları tələb kimi qoyurlar uşaqların qarşısında, interaktiv tapşırıqlar verirlər. Bu, yaxşıdır. Səmimi olaraq son vaxtlar mən feysbukda müəllimlərə verilən imtahan suallarının asanlaşdırılması tələblərini görürəm və əsəbiləşirəm. Belə olmaz. Müəllim asan yolla işə qəbul olmamalıdır.

 

Zamin Xəlil, valideyn - Mənim hələ ki övladım yoxdur, ancaq indidən yaxşı müəllim olan məktəbləri araşdırıram. Daha çox yeni işə qəbul olan müəllimlərin işlədiyi məktəblərə baxıram. Son illər işə götürülən müəllimlər daha keyfiyyətli təsir bağışlayır. Onalar faktoloji məzmunu deyil, daha çox düşünməyə yönəldirlər. Təhsil Nazirliyindən xahiş odur ki, daha keyfiyyətli müəllimləri işə götürsün. Yoxsa gələcəyimiz yoxdur.

 

Xatirə Qasımova, valideyn - Mənim belə çətin suallardan başım çıxmır. Ancaq onu deyə bilərəm ki, müəllim ki çətinlikdən qorxdu, məsələ qəliz olacaq. Bəzən nəvəm mənə deyir ki, məktəbimizə təzə müəllim gəlib, dərsi daha maraqlı keçir. Deməli, cavanların məktəbələrə gəlməsi daha yaxşı haldır.

 

Məzahir Qədimov, valideyn- Mən demək olar ki, bütün günü feysbukdayam. Bəzən mənə elə gəlir ki, bir qrup işi-gücü olmayan adam var, bütün günü ona-buna şəbədə qoşmaqla məşğuldurlar. Elə dünən gördüm ki, müəllim imtahanı ilə bağlı olmazın hədyanını yağdırılar, qarğış edirlər. Belə adamdan necə müəllim olar? Mən tam olaraq yeni nəsil müəllimlərin işə götürlməsini tələb edirəm. Artıq zaman o zaman deyil.

 

İbrahim Məmmədov, valdieyn - Təhsil Nazirliyi bəzən düz etmir. Niyə? Ona görə ki, sualları daha düşündürücü və müasir xəttə uyğun hazırlamalıdırlar. Bir də ki, hamını eyni vaxtda imtahan edirlər. Bunu ilin ayrı-ayrı vaxtına salın, insanlar da sertifikatını alıb getsin müəllim işləməyə, yoxsa DİM kimi hamını yayın istisində imtahan etməyə nə ehtiyac.

Xəbər lenti