Logo

ATU-nun şöbə müdiri İnönü Universitetinin rəhbərliyi ilə görüşüb

31.07.2021 22:48 439 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov Türkiyənin Malatya şəhərində işgüzar səfərdədir. 

 

Səfər zamanı o, İnönü Universitetinin rektoru, professor Ahmet Kızılay tərəfindən qəbul edilib.


Müşfiq Orucov ATU rektoru, professor Gəray Gəraybəylinin salamlarını çatdırıb, iki universitet arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. Rektor Ahmet Kızılay Türkiyə-Azərbaycan qardaşlığı, 44 günlük Vətən müharibəsi və şanlı ordumuzun möhtəşəm zəfərindən danışıb. O, qeyd edib ki, Qarabağ zəfəri İnönü Universitetində də böyük sevinclə qarşılanıb və bu münasibətlə geniş ədəbi-bədii tədbir keçirilib. Universitetlərimiz arasında əməkdaşlığın vacib olduğunu bildirən rektor, bu münasibətlərin daha da inkişaf etdirilməsi perspektivlərindən bəhs edib.

 

Görüşün sonunda hər iki tərəfdən hədiyyələr təqdim edilib. Görüşdə İnönü Universitetinin prorektoru, professor Nüsret Akpolat da iştirak edib.

Xəbər lenti