Yer kürəsinə doğru təhlükəli asteroid gəlir.
Bu barədə "Daily Star" NASA-ya istinadən məlumat yayıb. Qeyd edilir ki, "2019 YM6" adlı asteroid bu gün Yerin yaxınlığından keçəcək.
NASA -nın məlumatına görə, bu "kosmik qaya"nın diametri 100 ilə 230 metr arasında dəyişir. Onun hərəkət sürəti saatda 48.500 kilometrə çatır. Hesablamalara görə, asteroid iyulun 31-də Yerə ən yaxın məsafədə olacaq. Halbuki ondan planetimizə olan məsafə 6,87 milyon kilometrdir.
NASA nə asteroidin surətinin, nə böyüklüyünün, nə də Yerə olan məsafəsinin planetimiz üçün təhlükə yaratmadığını açıqlayıb.