Logo

ADMİU-nun tələbələri Lənkəran Dövlət Universitetində olublar

31.07.2021 11:34 448 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin professor-müəllim heyəti və  bir qrup tələbəsi 26-28 iyul tarixlərində Lənkərana səfər edib.

 

ADMİU-nun rektoru, professor Ceyran Mahmudova, ADMİU-nun prorektoru, professor Validə Məmmədova, Rəssamlıq fakültəsi “Təsviri sənət” kafedrasının müdiri Rəşad Cabbarov, müəllimlərdən Zöhrab Cabbarov, Asim Bayramov və dizayn kafedrasının əməkdaşı Şərqiyyə Əfəndizadənin iştirak etdiyi səfərin  əsas məqsədi tələbələrin təbiət mənzərələrində etüdlərinin keçirilməsi olub. ADMİU-nun müəllim və tələbələri səfər müddətində  Lənkəran Dövlət Universitetinin (LDU) turizm təcrübə bazasında yerləşiblər.

 

Rəngkarlıq və qrafika ixtisasının müxtəlif kurslarında təhsil alan tələbələr  səfər ərzində  Lənkəranın  gəzməli-görməli yerləri ilə tanış olub, təbiət mənzərələrini canlı seyr etmək,etüdlər işləmək  imkanı qazanıblar.


Səfər çərçivəsində qonaqlar  Lənkəran Dövlət Universitetinə də baş çəkiblər. LDU-nun rektoru, professor Natiq İbrahimov ADMİU-nun müəllim və tələbə heyətini universitetdə son illərdə aparılan  quruculuq  işlərilə əyani tanış edib. Qonaqlar LDU-nun yeni tədris korpusları,  160  yerlik tələbə yataqxanası, müasir tədris labaratoriyaları, tədris-təcrübə sahəsi, sitrus bağları, kənardan dəvət edilən müəllimlər üçün  yaradılan mənzil-məişət şəraiti- xidməti evlərlə  əyani  tanış olublar. LDU-nun əsaslı təmir olunan  Elmi kitabxanası ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. ADMİU-nun rektoru , professor Ceyran Mahmudova səmimi qarşılanmaya, qonaqpərvərliyə və yaradılan şəraitə görə professor Natiq İbrahimova minnətdarlıq bildirib.

Xəbər lenti