Logo

ADBTİA-nın professoru Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri təyin edilib

30.07.2021 17:10 398 baxış
IMG

ADBTİA-nın professoru, tarix üzrə elmlər doktoru Arif Məmmədov işğaldan azad olunmuş ərazilərin tədqiqini gücləndirmək məqsədilə yaradılmış Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri təyin edilib.

 

Arif Məmmədovun rəhbərliyi ilə Ağdamda dörd minillik şəhər tarixi olan Üzərliktəpə, orta əsr hamamları, Şahbulaq qalası, İmarət qəbristanlığı, Govurqala, Zəngilanda Sarıdan yaşayış yeri, Məmmədbəyli türbəsi eləcə də Füzuli, Ağdam, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocavənd rayonları və Şuşa şəhəri ərazisindəki tarixi arxeoloji abidələrin tədqiqinə başlanılır.

Xəbər lenti