Logo

BDU-da şəhid məzunların xatirəsinə həsr olunmuş kitab nəşrə hazırlanır

29.07.2021 12:48 155 baxış
IMG

BDU-da 44 günlük Vətən müharibəsində şəhidlik məqamına ucalmış və qazi tələbə və məzunlarla diqqət və qayğı göstərilməsi ilə bağlı kompleka tədbirlər həyata keçirilir. Bu məqsədlə hazırlanmış Tədbirlər Planına müvafiq  olaraq  Bakı Dövlət Universitetində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış BDU-nun məzunlarının xatirəsini əbədi yaşatmaq və onların keçdiyi qəhrəmanlıq yolunu gənclər arasında tanıtmaq məqsədilə xatirə kitabı nəşrə hazırlanır.

 

Kitab sentyabrın 27-də başlayıb noyabrın 10-da başa çatmış Vətən müharibəsində Azərbaycan xalqının qazandığı tarixi Qələbəyə, bu şanlı Qələbənin əldə olunmasında öz canlarını fəda etmiş BDU məzunları olan şəhidlərə həsr olunub. Kitabda BDU-nun 18 qəhrəman şəhid məzunu haqqında müəllimlərinin və tələbə yoldaşlarının fikirləri  öz əksini tapacaqdır. Kitabda Qarabağ müharibəsində igidlik göstərmiş 18 nəfər şəhidin parlaq obrazı canlandırılıb. Onların uşaqlıq şəkilləri, tərcümeyi-halları, tələbəlik dövrü, hərbi xidmət və döyüş yollarını əks etdirən fotolar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə aldıqları orden və medalların surətləri böyüməkdə olan gənc nəslə nümunə kimi göstərilib.

 

Xatirə kitabının 27 sentyabr “Anım Günü” ərəfəsində təqdimatının keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti