Logo

Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyat başlayıb

29.07.2021 12:00 210 baxış
IMG

Ali məktəblərə və kolleclərə (11 illik) qəbul olmaq üçün sənəd verən, lakin Azərbaycan dili üzrə daha əvvəl keçirilən imtahanlardan qeyri-məqbul alan və ya iştirak etməyən abituriyentlər üçün avqustun 12-də keçiriləcək imtahana qeydiyyat elan olunub.

 

Bu barədə "Tehsil.biz"ə DİM-dən bildirilib.

 

Qeyd olunub ki, bu imtahanda iştirak etmək üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 20-də və ya iyunun 24-də keçirilən imtahanlarda iştirak edib qeyri-məqbul qiymət alan abituriyentlər, həmçinin hər hansı səbəbdən qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edə bilməyən abituriyentlər qeydiyyatdan keçə bilərlər.

 

Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği (10 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə etdikdən (Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür) sonra https://eservices.dim.gov.az/erizebak/azdili2/?frm=egov səhifəsinə daxil olub qeydiyyatdan keçməlidirlər.

 

Abituriyentlər nəzərə almalıdırlar ki, onlar ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında neçə bal toplamaqlarından asılı olmayaraq, Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət aldıqları təqdirdə müsabiqəyə buraxılacaqlar. Bu imtahandan qeyri-məqbul qiymət alan və ya imtahanda iştirak etməyən şəxslər ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

Xəbər lenti