Logo

YAP Gənclər Birliyinin sədri ADAU-da tələbələrlə görüşüb

29.07.2021 10:22 116 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamovla görüşüb.


Universitetin Tədris-təcrübə təsərrüfatında açıq hava şəraitində keçən görüşdə, Aqrar İnkişaf Könüllüləri(AİK) sədri Kamran Əliyev və YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov yay məktəbi iştirakçıları ilə görüşərək onlara qazandıqları təcrübələrdən səmərəli istifadə etməyi tövsiyyə ediblər.


Bildirilib ki, “Aqrar İnkişaf Könüllüləri” təşkilatı ölkədə aqrar sektorun inkişafına ictimai dəstəyin nümayiş etdirilməsində, aqrar təhsilə marağın artırılmasında, gənc mütəxəssislərin ideyalarının praktiki olaraq reallaşdırılmasında və cəmiyyətin diqqətinin bu sahəyə yönəldilməsində müstəsna rol oynamaqdadır.


“Sabahın kənd təsərrüfatı” yay məktəbi isə gənclərin asudə vaxtlarını düzgün qiymətləndirilməsinə, komanda ilə işləmək bacarığının formalaşmasına, maraqlı ekskursiyalarda iştirakına və aparıcı kənd təsərrüfatı müəssisələri ilə yaxından tanış olmasına şərait yaradır.

Xəbər lenti