Logo

İsrailli mütəxəssis ADAU-da mühazirə söyləyib

27.07.2021 20:45 145 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları üçün növbəti mühazirə təşkil olunub.


Proqram çərçivəsində mühazirəni tələbələrə USAID, Özəl Sektorun İnkişafı layihəsinin Aqrobiznes üzrə məsləhətçisi Qabriel Eliaz söyləyib. Təbii ehtiyatları qorumaq, iqlim tənzimlənməsini dəstəkləmək və xəstəliklərin baş verməsinə səbəb ola biləcək biomüxtəlifliyin məhv edilməsini yavaşlatmaq üçün “İqlim əsaslı ağıllı kənd təsərrüfatı sistemi”nin əhəmiyyətdən danışan qonaq bildirib ki, kənd təsərrüfatının dayanıqlığının təmin olunması istiqamətində iqlim əsaslı texnologiyaların tətbiqinə böyük ehtiyac var.


Mühazirənin interaktivlik dərəcəsi yüksək olmaqla, burada tələbələrin suallarına ətraflı cavab verilib.


Sonra yay məktəbi iştirakçıları ADAU-nun Baytarlıq fakültəsində Anatomiya muzeyi və Baytarlıq klinikası tanış olublar. Bildirilib ki, 5 sentyabr 2017-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetində açılmış Baytarlıq Klinikası ev heyvanlarına xidmət göstərir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) ilə dəstəyi ilə universitetə verilmiş 29 adda, Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunmuş avadanlıq və alətlər vasitəsilə ADAU-nun təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyatlar müasir standartlara uyğun həyata keçirilir.


Qeyd edək ki, “Sabahın kənd təsərrüfatı” yay məktəbinin keçirilməsində təşkilati dəstək göstərən təşkilatlardan olan USAID, Özəl Sektorun İnkişafı layihəsi Aqrar Universitet ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində Aqrar Universitetin Tədris-təcrübə təsərrüfatında intensiv bağın və soyuducu anbarın yaradılması ilə əlaqədar layihələr həyata keçirilməkdədir.

Xəbər lenti