Logo

Repetitorlardan hansı halda Covid-19 pasportu tələb olunacaq? - EKSPERT AYDINLIQ GƏTİRDİ

27.07.2021 14:41 314 baxış
IMG

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaranmış Operativ Qərargahın müəyyən etdiyi yeni qərarlar siyahısında ali və orta ixtisas təhsili alan müəssisələrin tələbələrindən Covid-19 pasportu tələb olunur”.

 

"Tehsil.biz"in xəbərinə görə, bunu SİA-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev deyib.

 

Onun sözlərinə görə, həmçinin müəyyən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən və işçilərdən Covid-19 pasportunun vacibliyi və zəruriliyi qeyd olunur:

 

“Belə olduğu halda repetitor fəaliyyəti ilə məşğul olan şəxslərin koronavirus əleyhinə peyvənd olmaları barədə sənədi təqdim etməkləri vacibdir. Bilirsiniz ki, repetitor fəaliyyəti ilə məşğul olan şəxslər əgər 18 yaşına qədər vətəndaşların təhsili ilə məşğul olurlarsa, həmin pasport tələb olunmayacaq. Amma repetitor fəaliyyəti ilə məşğul olan şəxslər sırf işə qəbul üzrə hazırlıq, magistratura üzrə hazırlıq, ali təhsil üzrə bakalavr təhsili alan şəxslərdirsə, Covid-19 pasportu tələb olunacaq. Çünki yoxlanma zamanı hər hansı birində Covid-19 aşkarlanarsa, bu zaman repetitora həm də həmin şəxsə müvafiq cərimələr tətbiq olunacaq. Ümumilikdə isə Covid-19 pasportunun tələb olunması barədə qərar düşünürəm ki, ölkə əhalisinin ən azı 70 faizinin peyvəndlənməsində kömək edəcək. Belə olduğu halda əvvəlki həyatımıza geri dönə bilərik. Bu addımların atılması sırf əhalinin əvvəlki həyatının bərpa olunması ilə bağlıdır. Burada strateji yanaşmada mövcuddur. Biz koronavirus əleyhinə peyvəndləmədə iştirak etməmişiksə, o zaman yenidən distant təhsil, yəni uzaqdan idarə olunan təhsil yaradılacaq. Peyvəndlənmə aparılmadığı halda bu tədrisin tətbiqi düşünülür. Peyvəndlənmənin sürətlə aparılması ənənəvi təhsilə qayıtmaq deməkdir. Bu baxımdan peyvəndlənmənin aparılması ənənəvi təhsil üçün vacibiyyat təşkil edir”.

Xəbər lenti