Logo

Sumqayıt şagirdlərindən 16 qızıl və 5 gümüş medal - Fotolar

27.07.2021 13:18 407 baxış
IMG

Sumqayıt Şəhər Təhsil Şöbəsində 2020-2021-ci il tədris ilinı qızıl və gümüş medalla başa vuran 11-ci sinif şagirdlərin mükafatlandırma mərasimi keçirilib.


Tehsil.biz xəbər verir ki, tədbirdə Təhsil Şöbəsinin müdiri Arzu Alızadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Sumqayıt şəhər Komitəsinin sədri Xuadaverdi Əliyev iştirak edib.

 

Şəhər üzrə Təbiət elmləri təmayüllü gimnaziya, Texniki və təbiət elmləri liseyi, 2, 15, 23, 35 və 43 nömrəli tam orta məktəblərin məzunları qızıl və gümüş medala layiq görülüb. Belə ki, Təbiət elmləri təmayüllü gimnaziyanın 11 nəfər şagirdi qızıl, 2 nəfəri isə gümüş medal, Texniki və təbiət elmləri liseyinin 2 şagirdi qızıl, 2 və 15 nömrəli tam orta məktəblərin şagirdləri qızıl, 23 nömrəli tam orta məktəbin 2 şagirdi qızıl və gümüş, 35 və 43 nömrəli tam orta məktəblərin 2 şagirdi isə gümüş medal qazanıblar. 

 

Qeyd edək ki, 15 nömrəli tam orta məktəbin məzunu Mətin Muradlı Beynəlxalq Biologiya Olimpiadasının ikiqat qızıl medalçısıdır.

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti