Logo

"Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü" mövzusunda yay məktəbi təşkil edilir - ELAN

27.07.2021 13:09 461 baxış
IMG

Alman Akademik Mübadilə Xidmətinin lektoru Mara-Lisa-Gezer və Azərbaycan Dillər Universtieti Germanistika İnstitutu

 

DAAD GO East Sommerschule «Sirli Azərbaycan – Şərq və Qərb arasında körpü» mövzusunda birgə yay məktəbi təşkil edir.

 

Yay məktəbinin tarixi: 04.09-14.09.2021.

 

Yay məktəbində kimlər iştirak edə bilər: Azərbayan Respublikasında istənilən ixtisas  üzrə təhsil alan, alman dili bilik səviyyəsi (minimum B1) və ingilis dili bilik səviyyəsi (minimum B1) olan tələbələr (bakalavr, magistr) 

 

Yay məktəbinin ünvanı: Azərbaycan Dillər Universitetinin əsas binası (Bakı şəhəri, R.Behbudov küçəsi, 134).

 

1. Yay məktəbinin məqsədi: Almaniyanın müxtəlif universitetlərində təhsil alan tələbələrə Azərbaycanı təqdim etmək, ölkə haqqında məlumatlandırmaq, onun reallıqlarını çatdırmaq, qərb ölkələri ilə Azərbaycan arasında yaxınlaşmaya töhfə vermək. Yay məktəbi azərbaycanlı  tələbələrə ölkəmiz haqqında ilk təəssürat yaratmaq, müxtəlif sahələr üzrə aktual mövzularda müzakirələrdə iştirak etmək imkanı verəcəkdir. Eyni zamanda, Almaniyadan və Azərbaycandan olan iştirakçılar arasında ünsiyyətin qurulmasına, yeni nəzəri və praktik biliklərin əldə olunmasına şərait yaradacaqdır.

 

Tədbirdə Azərbaycan Respublikasının ictimai, iqtisadi və mədəni həyatının müxtəlif sahələri (ədəbiyyat, dil, tarix, musiqi, incəsənət, iqtisadiyyat, siyasət və s.) üzrə yerli və alman ekspertlərin, alim və mütəxəssislərin alman və ingilis dillərində məruzələri dinləniləcək və onların ətrafında müzakirələr aparılacaqdır. 

 

Bizə necə tələbələr lazımdır: İştirakçı ayrı-ayrı sahələr üzrə intellektual müzakirələr aparmağı bacarmalı, Azərbaycanın tarixi və mədəniyyəti, ictimai həyatı haqqında məlumatlı olmalı,  yay məktəbinin proqramında fəal iştirak etməli, Bakı və Abşeronun tarixi-mədəni guşələrinə və abidələrinə ekskursiyalarda (Qız qalası, Qala muzeyi, Yanardağ, Atəşgah, Şirvanşahlar sarayı, Qobustan və s.) alman dilində bələdçilik etməlidir. Eyni zamanda, dostlaşdığı alman tələbəni Azərbaycan ailəsi, məişəti ilə tanış etmək üçün bir axşam evinə qonaq dəvət etməlidir.

 

2. Qeydiyyat üçün lazım olan sənədlər: Yay məktəbində iştirak etmək üçün  aşağıdakı sənədləri avqust ayının 15-dək  “Go East Sommerschule 2021” başlığı altında Germanistika İnstitutunun qeyd olunan elektron poçt ünvanına göndərmənizi xahiş edirik:  [email protected]

 

Tərcümeyi-hal (CV)
Motivasiya məktubu (Yay məktəbində nə üçün iştirak etmək istəyirsiniz? Maximum 1 səh.)

 

Suallar və digər məlumatlar üçün Azərbaycan Dillər Universiteti Germanistika İnstitutuna müraciət edə bilərsiniz. ([email protected])

 

Homepage: https://institutfurgermanistikasu.wordpress.com/go-east-sommerschule-2021-baku/

Xəbər lenti