Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi “Açıq Qapı” günləri elan edir

26.07.2021 10:56 903 baxış
IMG

“Açıq Qapı” günlərində Siz Mərkəz və İxtisaslar, həmçinin işəgötürən şirkətlər haqqında məlumat əldə edə biləcəksiniz.

 

Tehsil.biz xəbər verir ki, mərkəz ərazisində infotur təşkil olunacaq, emalatxanalar, dəzgahlar, sinif otaqları, ümumi olaraq Mərkəzin ərazisi və tədbirin xüsusi qonaqları ilə tanışlıq baş tutacaq, işəgötürən təşkilatların mütəxəssisləri tərəfindən təqdimatlar həyata keçiriləcək.

 

Növbəti tədris ilində nəzərdə tutulan peşə ixtisasları, yüksək texniki peşə (subbakalavr) ixtisasları üzrə təqdimatlar həyata keçiriləcək.

 

Tədbir zəruri sosial davranış və sanitar epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

 

Tarix: 28 - 30 iyul, 2021

 

Saat: 11:00 – 13:00 

 

Ünvan: Qəbələ şəh, 28 May küçəsi, 34
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi

Xəbər lenti