Logo

İbrahim Cəfərov yay məktəbinin iştirakçılarına mühazirə söyləyib

23.07.2021 22:08
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 22-31 iyul tarixlərində keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin 2-ci günündə iştirakçıları üçün növbəti mühazirə “Sabahın kənd təsərrüfatında aqrar təhsilin yeri” mövzusunda olub.


Mühazirəni universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov söyləyib. Kənd təsərrüfatına mövcud təhdidlərdən və işğaldan azad olunmuş ərazilərin geniş və münbit torpaq sahələrini əhatə etdiyindən danışan rektor bildirib ki, “Ağıllı kənd” konsepsiyasına əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. “Ağıllı kənd” suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir, həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası “Ağıllı kənd”-in konsepsiyasını tamamlayacaq. Mühazirənin interaktivlik dərəcəsi yüksək olmaqla, burada tələbələrin suallarına ətraflı cavab verilib.


Sonra iştirakçılar ADAU-nun Tədris-təcrübə təsərrüfatında olub. Burda meyvə bağları, müasir heyvandarlıq kompleksi, ət kəsim məntəqəsi və s. qonaqlar tərəfindən maraqla qarşılanıb. Ekologiya kafedrasının assisenti Mədinə Abışova tələblərə “Ekoloji və genetik davamlılığın vəhdəti” mövzusunda təlim keçib.

Xəbər lenti