Logo

ADU-nun əməkdaşı “Azərbaycanda Rektorlar Konfransının yaradılması” tədbirində iştirak edib

23.07.2021 15:40 411 baxış
IMG

Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı layihənin növbəti görüşü keçirilib.

 

Tehsil.biz xəbər verir ki, tədbirdə layihəyə tərəfdaş olan 15 Azərbaycan Universitetinin layihə menecerləri bir araya gəliblər.

 

Təbirdə layihənin iş planına uyğun olaraq  nəzərdə tutulan fəaliyyətlər, risklər, layihənin icrası ilə bağlı təşkilati məsələlər, layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.

 

Qeyd etmək lazımdır ki, layihənin məqsədi təhsilin milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir, Azərbaycan ali təhsil sisteminin Boloniya prosesinə inteqrasiya edilməsinə dəstək olmaqla yanaşı, beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoymaqdan ibarətdir. Layihənin 3 il müddətində icrası nəzərdə tutulub.

 

Tədbirdə Azərbaycan Dillər Universitetini Test Mərkəzinin müdiri və layihənin meneceri baş müəllim Bəyim Abdulla təmsil edib.

Xəbər lenti