Logo

Dənizdə batan tələbənin meyiti tapılıb

22.07.2021 08:13 590 baxış
IMG

Abşeron rayonu Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazi) batan 2000-cü il təvəllüdlü İsmayılov Zaur Raqib oğlunun axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Z.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, 18 yaşlı Zaur İsmayılov UNEC-in 2-ci kurs tələbəsi idi.

 

Allah rəhmət eləsin!

Xəbər lenti