Logo

Respublika Təhsil Şurası bir qrup jurnalisti təltif edib

21.07.2021 19:49 104 baxış
IMG

Respublika Təhsil Şurası 22 iyul Milli Mətbuat Günü münasibətilə pedaqoji sahədən yazan, araşdırmalar aparan jurnalistlərin, təhsil, pedaqoji fikir, pedaqoji mətbuat tarixini tədqiq edən alimlərin iştirakı ilə dəyirmi masa keçirib.

 

Tehsil.biz xəbər verir ki, dəyirmi masada pedaqoji jurnalistikanın tarixindən, keçdiyi inkişaf yolundan, zaman-zaman bu sahədə əldə olunan nailiyyətlərdən, problemlərdən danışıldı, təkliflər səsləndirilib.

 

Tədbirin sonunda təhsil mətbuatı sahəsində səmərəli fəaliyyətlərinə görə jurnalistlərə “Fəxri fərman”lar təqdim olundu, Respublika Təhsil Şurasının son illər ərzində ərsəyə gətirdiyi kitablar hədiyyə edildi.

Xəbər lenti