Logo

Aqrar Universitetin professor-müəllim heyəti işğaldan azad olunmuş ərazilərdə monitorinq keçiriblər

19.07.2021 21:31 103 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin(ADAU) professor-müəllim heyəti işğaldan azad olunmuş ərazilərdə elmi əsaslı monitorinq keçiriblər.


Tehsil.biz xəbər verir ki, məqsəd işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən törədilmiş ekoloji fəlakətin elmi əsaslı monitorinqi, bioloji müxtəlifliyin, kənd təsərrüfatının işğaldan əvvəlki və mövcud vəziyyətinin müqayisəli təhlili, qiymətləndirilməsi, mühafizəsi, bərpası və səmərəli istifadəsi üzrə tədqiqatlar aparmaqdan ibarətdir.


Kənd təsərrüfatının inkişafı üçün potensial imkanların qiymətləndirilməsi və müvafiq istiqamətlər üzrə layihələrin hazırlanması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyi tərəfindən kənd təsərrüfatının müxtəlif istiqamətlərini əhatə edən mütəxəssislərdən ibarət monitorinq qrupunda ADAU-nun Aqronomluq fakültəsinin Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov, dosent Abbas İsmayılov, Bitki mühafizəsi kafedrasının baş müəllimi Sahil Quliyev Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərinə ezam olunublar.
 

Həmin rayonların DAİM rəhbərlərindən Şahin Şirinov və Möhübbət Səmədov da işğaldan azad olunmuş ərazilərin əvvəlki və mövcud vəziyyətini qiymətləndirmək üçün əkin sahələrinə baş çəkiblər. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı tayinatlı torpaqların idarə edilməsi ilə bağlı əkin sahələri, meyvə və üzüm bağları, yaşıllıqlar monitorinq edilərək, müşahidələr nəticəsində ilkin qiymətləndirilmələr aparılaraq, mövcud vəziyyəti əks etdirən materialar toplanılıb.
 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1323 nömrəli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərmanının icrası çərçivəsində, işğaldan azad olunmuş ərazilərdə monitorinqlərin aparılmasına başlanılıb.

Xəbər lenti