Logo

“Dövlət qulluğu haqqında” qanuna bir sıra dəyişikliklər edilib

18.07.2021 09:56 568 baxış
IMG

Qanuna edilmiş dəyişikliklər dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, qulluqda yüksəliş, ehtiyat kadrların idarə edilməsi və bir sıra digər məsələləri əhatə edir.

 

Dəyişikliklər Mərkəz tərəfindən təqdim edilən dövlət qulluğu üzrə xidmətlərdə, habelə müvafiq məlumat bazalarında düzəlişlərin və yenilənmələrin edilməsini zəruri edir.

 

Qeyd edilənlər nəzərə alınaraq, Mərkəzin dövlət qulluğu ilə bağlı fəaliyyət göstərən müvafiq məlumat bazalarında yaxın vaxtlarda dəyişikliklər və yenilənmələr ediləcəkdir. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Xəbər lenti