Logo

AzTU-nun Elmi şurasının növbəti iclası keçirilib

17.07.2021 18:12 450 baxış
IMG

İyulun 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti onlayn iclası keçirilib. İclasda müasir, rəqəmsal texnologiyalarla idarə olunan, yüksək təminatlı, ənənəvi və elektron formatda fəaliyyət göstərəcək Kitabxana-informasiya Mərkəzinin yaradılması ilə bağlı qərar qəbul edilib.

 

Bundan başqa, AzTU-nun rektoru Vilayət Vəliyevin 2020-2021-ci tədris ilində universitetin fəaliyyəti ilə bağlı hesabatı dinlənilib və qəbul edilib, həmçinin qarşıda duran məsələlər barədə məlumat verilib.

 

İclasda 2021-2022-ci tədris ili üçün akademik təqvim planı və AzTU-nun Elmi şurasının iş planı da təsdiq olunub.

Xəbər lenti