Logo

“Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin ilk onlayn təlimi keçirilib

17.07.2021 11:50 308 baxış
IMG

16 iyul 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT/OECD) ilə birgə SIGMA (Rəhbərlik və idarəetmədə təkmilləşdirməyə dəstək) proqramı çərçivəsində “Daxili nəzarət sisteminin həyata keçirilməsi” üzrə pilot layihənin ilk onlayn təlimi keçirilib.

 

Pilot layihənin məqsədi DİM-in fəaliyyəti üzrə daxili nəzarət mexanizminin formalaşdırılması və təkmilləşdirilməsi ilə digər dövlət orqanlarında daxili nəzarət mexanizminin qurulmasına yardım göstərməkdir. Təlim iştirakçıları SIGMA-nın təcrübəli eksperti olan Andra Larin tərəfindən “COSO” daxili nəzarət sisteminin əsas komponentləri, prinsipləri və risklərin qiymətləndirilməsi metodologiyası barədə təqdimatı dinləyib, fikir mübadiləsi aparıblar.

 

İştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.

 

Qeyd edək ki, təlimin 22 və 26 iyul tarixlərindəki sessiyaları pilot layihəyə qoşulmuş dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupu üçün keçiriləcəkdir.

Xəbər lenti