Logo

Azərbaycanda tarixi abidə aşkarlanan ərazidə məktəb tikintisi dayandırıldı - VİDEO

16.07.2021 21:12 450 baxış
IMG

Quba rayonunun Qrız kəndində yeni orta məktəbin inşası zamanı orta əsrlərə aid qutu qəbirlər və saxsı nümunələr aşkar olunub.

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Oxu.Az-a bildirib ki, Dövlət Xidmətinin regional idarəsinin əməkdaşları əraziyə baxış keçirib və qazıntı işləri dayandırılıb.

 

Əraziyə arxeoloqların baxış keçirməsi üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət olunacaq.

 

Qeyd edək ki, ötən gün Qubada məktəb tikintisi zamanı tarixi abidə aşkar edildiyi üçün kənd sakinləri tikintinin dayandırılmasını istəyiblər.

 

https://www.youtube.com/watch?v=3M2Kc3NTuwU

Xəbər lenti