Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dekorativ - tətbiqi sənət (Sanama tikiş növü üzrə) dərnəyinə start verilib.
Bu sahəyə marağı nəzərə alaraq, Təhsil Mərkəzi tərəfindən dərnək ödənişsiz şəkildə həyata keçirilir. İki ay davam edəcək dərnəkdə iştirakçılar Dekorativ - tətbiqi sənədin incəliklərini öyrənəcəklər.
Dərnəyə iyirmiyədək gənc qoşulub və dərnəyi uğurla bitirənlər sertifikatla təltif ediləcək.
Həmçinin yekunda iştirakçıların əl işlərindən ibarət sərgi təşkil ediləcəyi planlaşdırılır.