Logo

Nizami Gəncəvinin 880 illiyinə həsr olunan respublika gənclər konfransına tezis qəbulu aparılır

16.07.2021 19:01 103 baxış
IMG

Oktyabrın 7-də AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən respublika gənclər konfransı keçiriləcək.

 

Bu barədə Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, konfrans filologiya elmləri üzrə “Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyinə həsr edilən ədəbiyyatşünaslıq”, “Səməd Vurğunun anadan olmasının 115 illiyinə həsr edilən dilçilik”, Sənətşünaslıq elmləri üzrə isə “Lətif Kərimovun anadan olmasının 115 illiyinə həsr olunan mədəniyyətşünaslıq”, “Xan Şuşinskinin anadan olmasının 120 illiyinə həsr olunan incəsənət” bölmələrini əhatə edəcək.

 

Konfransda iştirak etmək istəyənlər məruzə tezislərini 2021-ci il avqustun 1-dək təqdim etməlidirlər.

 

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.

 

Ünvan: AZ 1001, Azərbaycan Respublikası, Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 53

 

Tel.: (+994 12) 492 38 27

 

E-mail: [email protected]

Xəbər lenti