Logo

Elektron demoqrafiya mühitində OLAP texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatlar aparılıb

16.07.2021 18:52 295 baxış
IMG

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron demoqrafiya mühitində OLAP texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatlar aparılıb.

 

İnstitutdan bildirilib ki, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova 6 ay ərzində rəhbərlik etdiyi şöbədə görülən elmi-tədqiqat işləri barədə danışıb. O, e-dövlət mühitində e-demoqrafiya sisteminin arxitekturunun işlənilməsi, OLAP texnologiyalarının tətbiqi, elektron demoqrafiyada aparılan tədqiqatlar və çap olunan məqalələr haqqında məlumat verib.

 

Məruzəçi “Virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri” mövzusunda intellektual terminoloji informasiya sistemlərinin sintezi problemlərinin tədqiqi istiqamətində görülən işləri diqqətə çatdırıb. G.Nəbibəyova şöbənin elmi-tədqiqat işləri çərçivəsində intellektual transliterasiya interfeyslərinin işlənilməsi, veb-spamlarla mübarizə texnologiyaları, milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi istiqamətində araşdırmaların davam etdirildiyini nəzərə çatdırıb. Bildirib ki, 6 ay ərzində tanınmış elmi jurnallarda 6 məqalə çap olunub.

 

Hesabatla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev şöbədə virtual mühitdə Azərbaycan dilinin istifadəsinin elmi-nəzəri problemləri, milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi metodunun işlənməsi, eləcə də digər mövzularda aparılan tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələr verib.

Xəbər lenti