Logo

Təhsil İnstitutunun dissertantura və doktoranturasına sənəd qəbulunun vaxtı uzadılıb

16.07.2021 18:34 401 baxış
IMG

Təhsil İnstitutunun 2021-ci il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertantura və doktoranturasına (əyani və qiyabi) qəbul vaxtı 10 gün müddətinə uzadılıb.


İnstitutdan bildirilib ki, müraciətlərin çoxluğu və tələbat nəzərə alınaraq sənəd qəbulunun iyulun 25-dək davam etdirilməsinə qərar verilib.


Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.


Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin fəlsəfə fənni üzrə imtahanı 1, 2, 3 sentyabr, ixtisas imtahanı isə 9, 10 sentyabr tarixlərində keçiriləcək.

Xəbər lenti