Logo

UNEC rəhbərliyi universiteti ən yüksək balla bitirən məzunla görüşüb

16.07.2021 18:16 401 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) məzunu Aydan Hüseynova 99.57 bal toplayaraq, məzunlar arasında Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə görə universitet birincisi olub.

 

Tehsil.biz bildirir ki, UNEC rektoru, professor Ədalət Muradov Aydan Hüseynova ilə görüşərək onu ən yüksək nəticə əldə etməsi və məzun adını qazanması münasibətilə təbrik edib. Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran A.Hüseynova UNEC məzunu olması ilə qürur duyduğunu ifadə edib, doğma universitetinə, müəllimlərinə minnətdarlığını bildirib.

 

Sonra A.Hüseynovaya 2020/2021-ci tədris ilində UNEC-in ən yüksək bal toplayan məzunu olduğu üçün plaket təqdim edilib.

 

Qeyd edək ki, 658 balla Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) Maliyə ixtisasına qəbul olan A.Hüseynova tələbəlik dövründə 4 dəfə UNEC-in TOP 15 təqaüdünü qazanıb. Mevlana mübadilə proqramı çərçivəsində Türkiyənin Anadolu Universitetində Biznesin idarəedilməsi ixtisası üzrə təhsil alıb.

 

Universitetin ənənəsinə uyğun olaraq, onun adı ən yüksək bal topladığına görə UNEC-in fəxri daşına həkk edilib.

Xəbər lenti