Logo

Xəzər Universitetinin magistratura səviyyəsinə qəbul olmuş tələbələrin nəzərinə!

16.07.2021 18:04 984 baxış
IMG

Xəzər universitetinin magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada qeydiyyatdan keçməlidirlər. Portalda qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.


Addım 1.


Tehsil.biz-in xəbərinə görə, bunun üçün ilk öncə https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. 
 
Addım 2.
 
Tələbələr qeydiyyat üçün tələb olunan aşağıdakı sənədləri https://portal.edu.az/ platformasına yükləməlidir. Sənədlər jpg və ya PDF formatda yüklənməlidir :
 
▪ Şəxsiyyət vəsiqəsi
▪ Diplom və diplom əlavəsi
▪ Tələbə bileti üçün 1 rəngli şəkil (3x4 ölçüdə)
▪ Sağlamlıq haqqında tibbi arayış
 
Addım 3.

Tələbə https://portal.edu.az/ platformasına sənədləri yüklədikdən sonra portala daxil olub öz statusunu izləməlidir (Sənədlər tələb olunan şəkildə yüklənmədikdə qeydiyyat sistemi vasitəsi ilə doğru yüklənmədiyi qeyd olunacaqdır). Xəzər Universiteti tərəfindən sənədlər yoxlanıldıqdan sonra ödənişli əsaslara qəbul olunan tələbə üçün “ödəniş edilməlidir” statusunu təyin olunacaqdır. “Ödəniş edilməlidir” statusu təyin edildikdən sonra tələbə ödənişi ödəyə bilər.

Addım 4.

Tələbə https://portal.edu.az/ platformasında “qəbul edildi” statusu aldıqdan sonra aşağıdakı sənədləri Xəzər Universitetinin Qəbul və Tələbə şöbəsinə (Neftçilər metrosu, Məhsəti Gəncəvi küç. 41, otaq 406) şəxsən təqdim etməlidir:

▪ Şəxsiyyət vəsiqəsi
▪ Notariat qaydada təsdiq olunmuş diplom və diplom əlavəsi
▪ Çap şəklində 4 rəngli şəkil (3x4 ölçüdə)
▪ Sağlamlıq haqqında tibbi arayış
 
 
Ən çox soruşulan suallarla aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:
Ali təhsilin magistratura səviyyəsi üzrə təhsil müəssisələrinə elektron qeydiyyatla bağlı ən çox soruşulan suallar
Qeydiyyat 2021-ci il iyulun 13-dən 22dək davam edəcəkdir.

Əlavə məlumat üçün Qəbul və Tələbə şöbəsi ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə nömrəsi:
012 421 79 16; 012 421 10 93 (daxili 226, 284)

Xəbər lenti