Logo

ADAU ilə İsrailin Azərbaycandakı səfirliyi arasında görüş keçirilib

16.07.2021 17:31 435 baxış
IMG

Görüşün məqsədi ADAU ilə İsrailin nüfuzlu tədqiqat institutlari və tanınmış universitetləri arasında əməkdaşlıq imkanlarının və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri olub.

 

Tehsil.biz xəbər verir ki, İsrail səfirinin müavini Doron Pe’er görüşdən məmnunluğunu bildirərək, qarşılıqlı əməkdaşlıq sahəsində maraqlı olduqlarını ifadə edib. O, akademik səviyyədə birgə fəaliyyətin genişləndirilməsi istiqamətində görülə biləcək işlər, Aqrar universitetlə əlaqələrinin inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini vurğulayıb.

 

Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova təhsil müəssisəsinin maddi-texniki bazası, beynəlxalq əlaqələri, ikili diplom proqramları barədə ətraflı məlumat verib. Həmçinin, ADAU-da əcnəbi tələbələrə göstərilən diqqət və qayğının yüksək olduğu bildirilib.

Xəbər lenti