Logo

Azərbaycanlı alim dünyada ilk dəfə şəkərsiz zülal sintezi texnologiyası yaradıb

16.07.2021 15:50 490 baxış
IMG

Türkiyənin Səhiyyə Nazirliyinin Sağlamlıq İnstitutları Başkanlığının Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov dünyada ilk dəfə şəkərsiz zülal sintezi texnologiyası yaradıb.

 

AMEA-dan bildirilib ki, alim bu ixtira ilə əlaqədar 2 patent alıb. Üçüncü patent isə cari ilin iyun ayının 22-də Amerika Patent Ofisi tərəfindən verilib.

 

Yeni texnologiya ilə mühüm peyvəndlər, terapevtik zülallar, fermentlər, anticisimlər, sənaye fermentləri və tibbi qida qatqıları sintez edilir.

Xəbər lenti