Logo

“Maliyyə və audit istiqamətləri üzrə beynəlxalq imtahan proqramlarınının nəzərə alınmasına dair əməkdaşlıq”

16.07.2021 15:33 387 baxış
IMG

14 iyul 2021-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Dövlət İmtahan Mərkəzinin (DİM-in) birgə təşkilatçılığı ilə “Maliyyə və audit istiqamətləri üzrə beynəlxalq imtahan proqramlarınının nəzərə alınmasına dair əməkdaşlıq” çərçivəsində peşəkar maliyyə mütəxəssislərinin hazırlanmasına xidmət edən ACCA (The Association of Chartered Certified Accauntants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) imtahanlarına hazırlıq, imtahanların keçirilməsi barədə daha geniş məlumatlar əldə etmək üçün online formatda vebinar keçirilib.


Tehsil.biz xəbər verir ki, vebinarda DİM tərəfindən təyin olunmuş məsul şəxs kimi Vəfa Əkbərova və Akdemiyanın “Maliyə-iqtisad” fakültəsinin dekanı Hicran Mirzəyeva, “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri Nurəngiz Mikayilova, “İnnovasiya və kariyera” şöbəsinin müdiri Hikmət Mirzəyev, “Qiymətləndirmə və monitorinq” şöbəsinin müdiri Pərvin Məmmədova, “Tədris-metodiki” şöbəsinin müdiri Allahverdi Cabbarov və başqa müəllim və tələbə heyəti iştirak etmişdir.

 

Vebinarda Hikmət Mirzəyev ACCA proqramları haqqında öz dəyərli fikirlərini bildirdi. Vebinar qarşılıqlı müzakirə və təkliflər əsasında baş tutmuş,  gələcəkdə DİM ilə əməkdaşlıq əlaqələrin gücləndirilməsi üzrə müəyyən tədbirlərin görülməsi qərara alınmışdır.

Xəbər lenti