Logo

Amerikalı gənc “Super Mario”nu gözübağlı 11 dəqiqəyə keçdi

16.07.2021 15:31 82 baxış
IMG

“Super Mario Bros” kompüter oyununun gözübağlı keçilməsi üzrə yeni dünya rekordu qeydə alınıb.

 

Championat.com xəbər verir ki, ən yüksək nailiyyətin müəllifi “Crescendo” nikinə sahib Nyu-Yorklu gənc olub. O, gözübağlı halda oyunu 11 dəqiqə 55 saniyəyə başa vurub.

 

Amerikalı gənc etiraf edib ki, ona rekord nəticəni əldə etməyə musiqi istedadı yardımçı olub.

 

Qeyd edək ki, “Super Mario” oyunu 1985-ci ildə satışa çıxarılıb və qısa müddət ərzində böyük populyarlıq qazanaraq, “Nintendo” şirkətinin simasına çevrilib. O, dünyanın ən çox satılan oyunu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Xəbər lenti