Logo

Erasmus+ ECAR layihəsinın növbəti onlayn görüşü keçirilib

16.07.2021 15:14 434 baxış
IMG

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsinin növbəti onlayn görüşü keçirilib. Görüşdə layihənin həm Azərbaycan, həm də Avropa universitetlərindən olan tərəfdaşlarının 25 nəfərə yaxın nümayəndəsi iştirak edib. Azərbaycan Universitetini görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

 

Layihənin koordinatoru Gülşən Bayramova gündəlikdə duran məsələləri görüş iştirakçılarının diqqətinə çatdırıb və layihə çərçivəsində keçirilmiş sorğular haqqında məlumat verib. Daha sonra “Azərbaycanda Rektorlar Konfransı”nın yaradılması üçün sənədlərin hazırlanması, təşkilatın quruluşu və hüquqi bazası haqqında müzakirələr aparılıb.

 

Görüşdə müzakirə olunan digər bir məsələ isə layihə çərçivəsində rektorların tərəfdaş olan Avropa təşkilatlarına səfərlərinin planlaşdırılması və həyata keçirilməsi barədə olub.

 

Qeyd edək ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.Layihənin koordinatoru Bakı Biznes Universitetidir.

Xəbər lenti